Modern.az

Millimiz bürünc medal qazandı

Millimiz bürünc medal qazandı

İdman

6 Oktyabr 2025, 11:34

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir.

Modern.az xəbər verir ki, qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb.

Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb.

Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada