Modern.az

Azərbaycan daha bir medal qazandı

Azərbaycan daha bir medal qazandı

İdman

6 Oktyabr 2025, 16:14

III MDB Oyunları çərçivəsində qılıncoynatma yarışları davam edir.

Modern.az xəbər verir ki, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycan təmsilçisi Mirxətai Məmmədov yarımfinala yüksəlib. İdmançı finala gedən yolda rusiyalı rəqibi Roman Selyutinə uduzub və bürünc medalla kifayətlənib.

Bununla da Azərbaycan qılıncoynadanlarının III MDB Oyunlarında qazandıqları medal sayı 6-ya çatıb. Medalların hər biri bürünc əyarlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı