Modern.az

Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək

İdman

7 Oktyabr 2025, 09:53

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 4 idman növü üzrə yarışlar baş tutacaq.

Modern.az xəbər verir ki, Şəkidə çövkən üzrə Azərbaycan və Özbəkistan yığmaları qızıl medal üçün üz-üzə gələcək. Həmçinin, bədii gimnastika üzrə yarışlar təşkil olunacaq.

Gəncə İdman Sarayında qılıncoynatma üzrə mükafatçılar müəyyənləşəcək.

Gəncə İdman Kompleksində isə yunan-Roma güləşi üzrə medalçılar bəlli olacaq.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum