Modern.az

Çexiya - Azərbaycan oyununu bu hakimlər idarə edəcək

Çexiya - Azərbaycan oyununu bu hakimlər idarə edəcək

İdman

7 Oktyabr 2025, 11:32

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Yovan Kaçevski idarə edəcək.

Ona Daniel Vasilevski ilə Aleksandar Gyorgyeski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Gyorgiev yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 10-da Karvina şəhər stadionunda keçiriləcək Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İlham Əliyev buna görə Putinə zəng etdi