Modern.az

III MDB Oyunlarının bağlanış mərasimi keçirilir

III MDB Oyunlarının bağlanış mərasimi keçirilir

İdman

8 Oktyabr 2025, 19:53

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, Gəncə Stadionunda təşkil olunan tədbir bədii hissə ilə başlayıb.

 

Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb.Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.

 

III MDB Oyunlarına Azərbaycanın yeddi şəhəri – Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi ev sahibliyi edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı