Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə III MDB Oyunları təşkil olunub. Oyunlarda Azərbaycandan 340, Rusiyadan 262, Belarusdan 240, Özbəkistandan 254, Qazaxıstandan 147, Tacikistandan 144, Qırğızıstandan 126, Türkiyədən 38,Türkmənistandan 48, Küveytdən isə 6 idmançı iştirak edib.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Arzu Hüseynova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, III MDB Oyunlarını 35 mindən çox insan izləyib.
“Ümumi tədbir boyunca 35 mindən çox insan tribunalardan azerkeş və turist kimi açılış, qapanış mərasimlərini və yarışları izləyib.
Yarışlarda 2400-ə yaxın idman nümayəndə heyəti iştirak ediblər. Tədbirin təşkilatçılığına 1000-dən çox işçi cəlb olunub. Eyni zamanda 3000-ə axın könüllünün fəaliyyəti təmin olunub. 13 ölkə tədbirdə iştirak edirdi, bunlardan 8-i MDB, digərləri isə MDB-yə üzv olmayan qonaq ölkələr idi".