Modern.az

Məşhur futbolçunun evi yandı

Məşhur futbolçunun evi yandı

İdman

9 Oktyabr 2025, 17:40

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun evində yanğın baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, buna elektrik naqillərində yaranan nasazlıq səbəb olub.

Yanğın zirzəmidə yerləşən saunanın asma tavanında başlayıb, otaq tamamilə yanıb. Hadisə yerinə iki yanğınsöndürən briqadası gəlib, alovun digər otaqlara keçməsinin qarşısı qısa zamanda alınıb.

Hadisə nəticəsində xəsarət alan və zəhərlənən olmayıb. Vinisius yanğın baş verən vaxt evdə olmayıb. O, hazırda Braziliya millisinin düşərgəsindədir.

Qeyd edək ki, Braziliya yığması oktyabrın 10-da Cənubi Koreya, 14-də isə Yaponiya ilə yoldaşlıq oyunları keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi