Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsis olunmasının 35 illik yubileyi münasibətilə, Təhsil və Mədəniyyət Komissiyasının təşkilatçılığı, “Setkaya MMC” və “Life Sport”un baş sponsorluğu, İnam Sport və Bakı Nitq Mərkəzinin sponsorluğu ilə 19 oktyabr 2025-ci il tarixində, AZFAR GROUP stadionunda, MÜSİAD Azərbaycan üzvləri arasında təşkil olunan futbol üzrə final mərhələsi də başa çatıb.
Modern.az xəbər verir ki, “Xəzri Tn” komandası finalda “Hazel” komandasına 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, III yerin sahibi isə “HEDEF GROUP” olub. Onlar yarımfinalda “AVİS”ə 4:3 hesabı ilə qalib gələrək üçüncü yerin sahibi olub.
Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Birinci yeri tutan “Xəzri Tn” komandasına mükafatı MÜSİAD Azərbaycan İdarə heyətinin rəhbəri Rəşad Cabirli təqdim edib. “Komandaların hər birinə iştiraklarına görə təşəkkür edirəm. Oyunlar olduqca maraqlı keçdi. Bir daha hər komandanı təbrik edirəm”, - çıxışı zamanı Rəşad Cabirli deyib.
Təqdimat mərasimində baş sponsorlar - "Life Sport" MMC-nin direktoru Qurbanəli Əliyev, "Setkaya"MMC-nin direktoru Serdar Veysel Kaya və MÜSİAD Azərbaycan Təhsil və Mədəniyyət Komissiyasının sədri Elvin Əliyev də çıxış edib. Onlar komandaları təbrik edib, bundan sonrakı turnirlər üçün uğurlar arzulayıb.