Modern.az

Bütün gözlər "Qarabağ"da…

İdman

22 Oktyabr 2025, 09:42

Bu gün gözlər "Qarabağ"dadır…
Nə hikmətdirsə, "Qarabağ" klubunun adı çəkiləndə gözümün önündə Qarabağ canlanır.
İkinci Qarabağ Savaşından əvvəl də belə olub, indi də belədir.
Sizdə də belədir?..

"Qarabağ" qələbə, sevgi, inam ünvanıdır.
"Qarabağ"ın qələbəsi xalla ölçülmür,
illərlə işğalda qalan torpaqlarımızın bizə gələn qürur qoxusudur.

"Qarabağ"ın meydana çıxması futbol matçına bənzəmir. 
"Qarabağ" meydanda olanda tarix yenidən yazılır.
Meydanda 11 futbolçu oynamır…
Bütün Azərbaycan orda olur.



Sən belə böyük missiyanı üzərinə götürmüsən, "Qarabağ"…
Qurban Qurbanovun qəhrəmanları, siz bunun fərqindəsinizmi...

Hər qoldan sonra soydaşlarımızın dünyanın hər yerindən ucalan “Qol!”, “Qol!” hayqırtısı azad torpaqlardan qalxan qələbə səsidir. 
Biz buradayıq!
Biz qalibik!
Biz varıq!

"Qarabağ" millətin səsini Avropaya, dünyaya çatdırır.
Bu gün gözlər səndədir, "Qarabağ"!
Meydan sənindir!
Sən meydanda olanda milyonların qəlbi bir yerdə döyünür.
Gücünü bir daha göstər!
Qalib duruşun bütün Azərbaycanın qələbəsidir!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi