Modern.az

“Qarabağ” “Atletik”ə məğlub oldu - YENİLƏNİR

“Qarabağ” “Atletik”ə məğlub oldu - YENİLƏNİR

İdman

22 Oktyabr 2025, 22:39

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.

Modern.az xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər 

Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir..

***

22:16

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında ev sahibləri ikinci qolu vurublar.

Modern.az xəbər verir ki, "Qarabağ"ın qapısından ikinci topu 70-ci dəqiqədə Robert Navarro keçirib.

 

***

21:32

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında hesab bərabərləşib.

Modern.az xəbər verir ki, meydan sahiblərinin heyətində 40-cı dəqiqədə qolu Qorka Quruseta vurub.

***

20:52

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında Ağdam təmsilçisi ilk dəqiqədə hesabı açıb.

Modern.az xəbər verir ki, qolu Leandro Andrade vurub.

***

20:46

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başlanıb.

Modern.az xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 20:45-də start götürüb. Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!