Modern.az

Azərbaycan millilərində oynamış daha 2 futbolçu cəzalandırıldı

Azərbaycan millilərində oynamış daha 2 futbolçu cəzalandırıldı

İdman

13 Noyabr 2025, 19:29

Azərbaycan müxtəlif yaş qrupları üzrə millilərində oynamış daha iki futbolçu müəyyən müddətə futboldan uzaqlaşdırıb.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyasının mətbuat xidməti yayıb.

 

Bunlar Emre Kaplan və Murat Cem Akpınardır. Sözügedən oyunçuların adları mərc oyunlarında hallandığı üçün 45 günlük diskvalifikasiya ediliblər.

 

Kaplan Azərbaycanın U-19 və U-21, Akpınar isə U-17 millisində forma geyinib.

 

Qeyd edək ki, Azərbaycanın əsas millisinin sabiq üzvü Mert Çelik də eyni səbəbdən 45 gün müddətinə futboldan kənarlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?