Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda futbol üzrə Dünya Çempionatı-2026-nın püşkü atılacaq.
Modern.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də püşkatma mərasimində iştirak edəcək.
Vaşinqtonda təşkil olunacaq bugünkü püşkatma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Püşkatmadan əvvəl ölkələr 4 qrupa bölünüblər.
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d`İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası
4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, pley-off mərhələsinin 6 qalibi
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.