Modern.az

“Neftçi”yə yeni baş məşqçi təyin edilir?

“Neftçi”yə yeni baş məşqçi təyin edilir?

İdman

6 Dekabr 2025, 16:24

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır.

Modern.az xəbər verir ki, o, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib.

59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb. Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-si tamam olacaq.

Bakılıları son bir ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-ü, Premyer Liqanın 13-cü turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətin ertəsi günü istefaya göndərilib. (Mənbə: Sportinfo.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı