Azərbaycanlı qarışıq döyüş sənətləri (MMA) üzrə döyüşçü Rafael Fiziyevin növbəti rəqibi məlum olub.
Modern.az-ın UFC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yüngül çəki dərəcəsində çıxış edən döyüşçü 1 fevral 2026-cı ildə Avstraliyanın Sidney şəhərində keçiriləcək UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə qarşılaşacaq. Döyüş şounun əsas kartına daxil edilib.
Fiziyev son döyüşünü 2025-ci ilin iyun ayında Bakıda keçirib və İqnasio Bahamondesi məğlub edib. Ruffi isə əvvəlki döyüşünü sentyabr ayında keçirib və Benua Sen-Deniya vaxtından əvvəl məğlub olub.