Modern.az

“Qarabağ” azarkeşlərə çağırış etdi

“Qarabağ” azarkeşlərə çağırış etdi

İdman

8 Dekabr 2025, 14:16

“Qarabağ” klubu dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Ayaks”la matçı izləmək istəyən azarkeşlərə çağırış edib.

Modern.az xəbər verir ki, klub rəhbərliyi tamaşaçıları stadiona erkən gəlməyə çağırıb.

“Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək”, - deyə çağırışda bildirilib.

Qeyd olunub ki, oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK