Bu gün Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.
Modern.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək.
Görüş saat 17:00-da başlayacaq.
Naxçıvan klubu 20 xalla 6-cı, qonaqlar isə 6 xalla 11-ci pillədə qərarlaşıblar.
Günün ikinci matçında “Sumqayıt” “İmişli” ilə qarşılaşacaq. Oyun saat 19:30-da start götürəcək. “Kimyaçılar” 23 xalla 5-ci, Aran təmsilçisi isə 15 xalla 9-cu yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı 3:0, “Sabah” “Neftçi”ni 2:0 hesabı ilə üstələyib. “Zirə” – “Qarabağ” görüşü heç-heçə ilə başa çatıb - 1:1. “Qəbələ” – “Turan Tovuz” qarşılaşması isə qatı duman səbəbindən təxirə salınıb.