Modern.az

"QARABAĞ" azarkeşləri sevindirməyə çalışacaq - Qurban Qurbanov

"QARABAĞ" azarkeşləri sevindirməyə çalışacaq - Qurban Qurbanov

İdman

9 Dekabr 2025, 18:18

Sabah keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçından əvvəl Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşamaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar. Var gücləri ilə kökləniblər. İstəkli oynamaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!