Modern.az

Daha bir ölkə "Avroviziya 2026"dan imtina etdi

Daha bir ölkə "Avroviziya 2026"dan imtina etdi

İdman

10 Dekabr 2025, 22:23

İslandiya 2026-cı ildə Vyanada keçiriləcək "Avroviziya 2026" mahnı müsabiqəsinə İsrailin iştirak hüququna görə təmsilçisini göndərməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Avstriyanın "Der Standard" qəzeti məlumat yayıb.

Ölkə bu səbəbdən müsabiqədən imtina edən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq.

Daha əvvəl isə Niderland, İspaniya, Sloveniya və İrlandiya da yarışda iştirak etməyəcəklərini açıqlamışdılar.

Qeyd edək ki, İspaniya “Avroviziya”nın ən böyük maliyyə iştirakçılarından biridir və müsabiqənin təşkilatında əhəmiyyətli təsirə malikdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -