Modern.az

“Qarabağ” Çempionlar Liqasında aşağı pilləyə düşdü - CƏDVƏL

“Qarabağ” Çempionlar Liqasında aşağı pilləyə düşdü - CƏDVƏL

İdman

11 Dekabr 2025, 09:06

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulub.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayaks" 2:4 hesabı ilə uduzaraq yurnir cədvəlindəki vəziyyətini pisləşdirib.

Komandamız hazırda 7 xalla 22-ci yerdədir.

"Qarabağ" Liqa mərhələsinin son iki görüşündə əvvəlcə "Ayntraxt" (Almaniya), sonra isə "Liverpul"la (İngiltərə) qarşılaşacaq. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.


 

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -