Modern.az

İdmançımız 19 yaşında dünya çempionu oldu 

İdmançımız 19 yaşında dünya çempionu oldu 

İdman

13 Dekabr 2025, 19:17

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kiloqram) dünya çempionu olub.

 

Modern.az xəbər verir ki, milli komandanın 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

 

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

 

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) mundialda 3-cü yeri tutublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?