Modern.az

“Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu

“Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq - UEFA qadağa qoydu

İdman

18 Dekabr 2025, 12:42

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” klubunun azarkeşlərinə qadağa tətbiq edib.

Modern.az xəbər verir ki, almaniyalı fanatlara Bakıda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək oyunda bilet satılmayacaq. 

Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda dəstəksiz qalacaq. 

Buna səbəb isə onların ötən tur “Barselona” ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir. 

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək. 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır