Modern.az

"Fənərbaxça"ya yeni prezident seçiləcək

"Fənərbaxça"ya yeni prezident seçiləcək

İdman

31 Dekabr 2025, 18:06

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran klubun gələcəyi ilə bağlı açıqlama verib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, narkotik ittihamı ilə saxlanılan və şərti ilə sərbəst buraxılan klub rəhbəri növbədənkənar seçkinin vaxtını açıqlayıb. 

"Prezidentlik vəzifəmizi mövsümün sonuna qədər davam etdirəcək, daha sonra isə klubumuzu növbədənkənar konqresə aparacağıq".

Media "Fənərbaxça"da seçkinin 2026-nın may ayında baş tutacağını yazıb. S.Saranın yenidən namizəd olub-olmayacağı hələ bilinmir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ