Modern.az

“Neftçi” 3 qolla qələbə qazandı

“Neftçi” 3 qolla qələbə qazandı

İdman

9 Yanvar 2026, 19:26

“Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb.

 

Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

“Ağ-qaralar”ın qollarını 67-ci dəqiqədə Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.

 

“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır