Modern.az

"Sabah"dan 4 qolluq qələbə

"Sabah"dan 4 qolluq qələbə

İdman

25 Yanvar 2026, 20:56

Misli Premyer Liqasının XVII tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son oyununda "Sabah" evdə "Karvan-Yevlax"la qarşılaşıb.

 

Gərgin və maraqlı keçən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Sabah" liderliyini möhkəmləndirib. Yevlax klubu isə 6 xalla sonuncu - 12-ci yerdə qərarlaşıb.

 

Günün ilk matçında "Turan Tovuz" "Sumqayıt"dan üstün olub - 2:1.

 

Qeyd edək ki, turun daha reallaşan matçlarında “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə bərabərə qalıb. “Qəbələ” “Şamaxı”nı (4:0), “Kəpəz” “Qarabağ”ı (2:0) üstələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır