Bu həftə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci - sonuncu turu oynanılacaq.
Modern.az xəbər verir ki, bu turda “Qarabağ” səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.
“Liverpul” - “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə yanvarın 28-i saat 21:00-da (Bakı vaxtı ilə yanvarın 29-u saat 00:00) başlayacaq.
Qeyd edək ki, 18 oyunun hamısı eyni gündə və eyni saatda start götürəcək.
Bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün böyük əhəmiyyət daşıyır və heç biri uduzmamağa çalışacaq.
"Liverpul" mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u "pley-off"a çıxaracaq ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq.
"Qarabağ" isə qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a adlayacaq. Əslində komandamızın "pley-off"a çıxmaq şansı böyükdür və uduzacağı təqdirdə də bir neçə digər oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçəcək.
"Qarabağ" da daxil olmaqla daha 17 komanda “pley-off” mərhələsi üçün yarışacaq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi
8-ci tur
29 yanvar, saat 00:00
"Arsenal" (İngiltərə) - "Kayrat" (Qazaxıstan)
"Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
PSJ (Fransa) - "Nyukasl" (İngiltərə)
"Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
“Mançester Siti" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
PSV (Hollandiya) - "Bavariya Münhen" (Almaniya)
"Monako" (Fransa) - "Yuventus" (İtaliya)
"Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka)
"Borussiya Dortmund" (Almaniya) - "İnter" (İtaliya)
"Ayntraxt" (Almaniya) - "Tottenhem" (İngiltərə)
"Bayer Leverkuzen" (Almaniya) - "Vilyarreal" (İspaniya)
"Atletik" (İspaniya) - "Sportinq" (Portuqaliya)
"Atletiko (İspaniya) - "Bodo-Qlimt" (Norveç)
"Yunion" (Belçika) - "Atalanta" (İtaliya)
"Ayaks" (Hollandiya) - "Olimpiakos" (Yunanıstan)
"Brügge" (Belçika) - "Marsel" (Fransa)
"Pafos" (Kipr) - "Slaviya" (Çexiya)

A.Qorxmaz