Modern.az

"Liverpul"un "Qarabağ" üçün ayırdığı biletlər tükənib

"Liverpul"un "Qarabağ" üçün ayırdığı biletlər tükənib

İdman

26 Yanvar 2026, 11:26

İngiltərənin "Liverpul" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyunu üçün "Qarabağ"a ayırdığı biletlər tükənib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Səfərdə baş tutacaq qarşılaşmada "köhlən atlar"ı təxminən 1250 azarkeş dəstəkləyəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu gün, saat 15:00-da İngiltərəyə yollanacaq.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.("Report")

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır