Modern.az

"Liverpul" - "Qarabağ" oyununu tanış hakim idarə edəcək

"Liverpul" - "Qarabağ" oyununu tanış hakim idarə edəcək

İdman

26 Yanvar 2026, 13:36

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, UEFA matçı Slovakiyadan olan hakimlər briqadasına tapşırıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim Peter Kraloviç olacaq.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

Xatırladaq ki, İvan Krujlyak ötən ilin avqustinda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilmiş “Şkendiya” - “Qarabağ” oyununu idarə etmişdi. Həmin oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır