Modern.az

Böyük futbolun dərsi - Qurbanovdan açıqlama

Böyük futbolun dərsi - Qurbanovdan açıqlama

İdman

29 Yanvar 2026, 09:24

Azərbaycan xalqını təbrik edirəm. Biz böyük futbolun nə demək olduğunu "Liverpul"la oyunda dərk etdik".

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Liverpul"la oyundan sonra açıqlamasında deyib.

"Burada olan klublar böyük komandalardır. Bizə hansı rəqibin düşməsindən asılı olmayaraq ona qarşı da hazırlaşacağıq".

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv PSJ (Fransa) və ya "Nyukasl Yunayted" (İngiltərə) komandalarından birinə rəqib olacaq. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.

1495869

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır