Modern.az

"Pley-off"a vəsiqə qazanmaq böyük nailiyyətdir - Qurban Qurbanov

"Pley-off"a vəsiqə qazanmaq böyük nailiyyətdir - Qurban Qurbanov

İdman

29 Yanvar 2026, 11:20

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün böyük nailiyyətdir.

Modern.az-ın məlumatına görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda qarşılanma mərasimində deyib.

Mütəxəssis komandanın UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Çox sevinirik. Klub olaraq bu illər ərzində əziyyət çəkmişik. Turnirin 22-ci komandası olduq. Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Xalqımızı və futbolçuları təbrik edirəm".

Təcrübəli mütəxəssis pley-offdakı potensial rəqibləri dəyərləndirib:

"Elə səviyyədə komandalar var ki, onları bir-birindən ayırmaq olmaz. Maksimum mübarizə aparmağa çalışacağıq".

Q.Qurbanov azarkeşlərə də müraciət edib:

"Onlara təşəkkür edirəm. Bizə əlavə motivasiya verirlər. Bu uğur onların haqqıdır. Bir daha göstərdilər ki, bizim yanımızdadırlar".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır