Modern.az

Bu gün “Qarabağ”ın “pley-off”dakı rəqibi bəlli olacaq

Bu gün “Qarabağ”ın “pley-off”dakı rəqibi bəlli olacaq

İdman

30 Yanvar 2026, 09:38

Bu gün UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinin püşkatması keçiriləcək.

Modern.az xəbər verir ki,püşkatma nəticəsində “Qarabağ”ın UEFA Çempionlar Liqasının “pley-off” mərhələsindəki rəqibi də məlum olacaq.

Komandamız 1/8 finala vəsiqə üçün ya PSJ (Fransa), ya da “Nyukasl” (İngiltərə) klubu ilə yarışmalı olacaq.

Pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral və 24-25 fevralda oynanılacaq.
 

Püşkatmadan öncə 16 komanda iki səbətə bölünüb.

Səpələnmişlər (9-16-cı yerlər):

"Real" (İspaniya)

"İnter" (İtaliya)

PSJ (Fransa)

"Nyukasl" (İngiltərə)

"Yuventus" (İtaliya)

"Atletiko" (İspaniya)

"Atalanta" (İtaliya)

"Bayer 04" (Almaniya)
 

Səpələnməmişlər (17-24-cü yerlər):
 

"Borussiya" (Dortmund, Almaniya)

"Olimpiakos" (Yunanıstan)

"Brügge" (Belçika)

"Qalatasaray" (Türkiyə)

"Monako" (Fransa)

"Qarabağ" (Azərbaycan)

"Budyo-Qlimt" (Norveç)

"Benfika" (Portuqaliya)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır