Modern.az

"Qarabağ"a kim sərf edir: PSJ, yoxsa “Nyukasl”?

"Qarabağ"a kim sərf edir: PSJ, yoxsa “Nyukasl”?

İdman

30 Yanvar 2026, 12:02

Bu gün UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinin püşkatması keçiriləcək. Püşkatma nəticəsində “Qarabağ”ın UEFA Çempionlar Liqasının “pley-off” mərhələsindəki rəqibi də məlum olacaq.

Komandamız 1/8 finala vəsiqə üçün ya PSJ (Fransa), ya da “Nyukasl” (İngiltərə) klubu ilə yarışmalı olacaq.

Pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Hansı klub "Qarabağ" üçün daha münasib rəqibdir?

Modern.az-a açıqlamasında futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, futbolda daha uyğun, münasib rəqib anlayışı yoxdur:

Potensial rəqiblərimizdən biri Fransa, digəri Böyük Britaniya klubudur. Yəni hər ikisi də güclü klublardır. Son oyun göstərdi ki, biz daha da yaxşı oynamaq üçün, əlbəttə, inkişaf etməliyik. Oyunçularımızı inkişaf etdirməli və klub sisteminin infrastrukturunu yaxşılaşdırmalıyıq. Məlum şeydir ki, biz daha yaxşı çxış etməyi doğrudan da, istəyiriksə, bu olmalıdır. Yəni bilirsiniz, çox qəribə haldır ki, İngiltərə çempionatında oyunlara baxmağa ailə ilə, istirahət etmək üçün gəlirlər. Mən orada olmuşam, bunun şahidiyəm. Azərbaycan çempionatında isə fərqlər var.

Ona görə də istər PSJ, istərsə də “Nyukasl” olsun fərq etməz. Hər ikisi ilə də qarşılaşmada oynamaq lazımdır. Onun üçün də özünü inkişaf etdirmək lazımdır. Əlbəttə, "Qarabağ" bu il həddindən artıq çox işlər gördü. Avropada çox yaxşı oynadı, həm klub səviyyəsində, həm də Azərbaycan səviyyəsində səs çıxartdı. Bu, bu böyük işdir, həddindən artıq böyük işdir. Bunu indi inkişaf etdirmək lazımdır.

Bilirsiniz bir klubla heç nə olmaz. Yəni kompleks şəkildə inkişaf etmək lazımdır”.

A.Mircavadovun fikrincə, PSJ ilə oyun daha maraqlı olar:

“İndi potensial rəqiblərimiz PSJ, yaxud “Nyukasl” olacaq. Hazırda mən çox istərdim ki, bizimlə PSG düşsün. Çünki liqa çempionluğunun qalibidir. Qitələrarası kubokun qalibidir. Qarabağa “çox sağ ol” demək lazımdır ki, belə klubları Azərbaycana gətirir. Yəni növbəti rəqibimizin PSJ olsa, elə başa düşürəm ki, daha da maraqlı olar. Çünki PSG xırda ötürmələrlə və həddindən artıq topla çox işləyən klublardan biridir. Bu çox daha da maraqlı olar. Növbəti mərhələyə keçmə ehtimalı həmişə ola bilər. Kim deyərdi ki, "Qarabağ" Çempionlar Liqasının play-off-a gələcək? Amma biz peşəkarlar bilirik ki, Qarabağ necə gəlir və hansı oyunları udub, hansı  klublarla oynayıb. Bu həddindən artıq vacibdir. Dünənki oyunu çıxmaq şərtilə 7 oyun ərzində futbol səviyyəsində heç kəsə uduzmayıb. Bu çox şeyi göstərir. Qarabağ"ın oyunçuları həddindən artıq inkişaf ediblər və bir də inanırlar. İnanmaq həddindən artıq böyük şeydir.

Ona görə də mən düşünürəm ki, hansı klub olursa olsun  inanmaq lazımdır. İnanmaq lazımdır ki, komandamız qalib gələ bilər”.

Liverpool-la oyunu şərh edən Ağasəlim Mircavadov bunları deyib:

“Qarabağ"ı hansısa oyunda silkələmək lazımı idi. Məktəbi də keçmək və öyrənmək lazımdır. Öyrənmək heç vaxt gec deyil. Dünənki oyun göstərdi ki, ad da böyük şeydir. Adın tarixi var. Oyunçular özləri bu adı qorumaq istəyirlər. Ona görə də mən düşünürəm ki, burada heç bir narahatlığa ehtiyac yoxdur. "Qarabağ"ın oyunçuları da bunu sakit qəbul etməli və hazır olmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır