UEFA Çempionlar Liqasının bütün "pley-off" cütlükləri açıqlanıb.
Modern.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.
“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. "Pley-off" görüşləri 17-18 fevral, cavab qarşılaşmaları isə 24-25 fevralda oynanılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" yaxud "Çelsi" ilə qarşılaşacaq.
Digər cütlüklər aşağdakı kimidir:
"Borussiya Dortmund" - "Atalanta"
"Bayer" - "Olimpiakos"
"Yuventus" - "Qalatasaray"
"Atletico Madrid" - "Brügge"
PSJ - "Monako"
"Real Madrid" - "Benfika"
"İnter" - "Bodo-Glimt"