Modern.az

“Qəbələ”dən ardıcıl ikinci qələbə

“Qəbələ”dən ardıcıl ikinci qələbə

İdman

30 Yanvar 2026, 19:15

Futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Qəbələ” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda çempionatda ardıcıl ikinci qalibiyyətini qazanıb.

 

Bu nəticədən sonra İmişli klubu 18 xalla 9-cu, Qəbələ təmsilçisi isə 14 xalla 10-cu sırada qərarlaşıb.

 

Qeyd edək ki, XVIII turun açılış oyununda “Sumqayıt” səfərdə “Karvan-Yevlax”a 2 cavabsız qolla qalib gəlib. Tura fevralın 1-də yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır