Modern.az

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun püşkü atıldı

İdman

3 Fevral 2026, 13:06

Futzal üzrə Azərbaycan Kubokunun 2025-2026-cı illər mövsümünün püşkü atılıb.

Modern.az xəbər verir ki, 30-cü dəfə təşkil olunacaq turnirdə 6-sı Yüksək, 10-u I Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq. Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaq.

Fevralın 14-ü start götürəcək Azərbaycan Kubokunda final oyunu mayın 21-də keçiriləcək.

Futzal üzrə Azərbaycan Kuboku

1/8 final

U-19 – “Yeni Suraxanı”

“Lənkəran” - “Atletiko Baku”

“STAR kargo” - “Şuşa”

“Xan-Lənkəran” - "Dəstə Ordubad”

“Baku Fire” - “Araz-Naxçıvan”

“Neftçi” İK - “Trabzon Azərbaycan”

“Ulduz” - “Baku Fire-2”

“Timsport” - PFL

1/4 final

1. U-19 – “Yeni Suraxanı” / “Timsport” - PFL

2. “Lənkəran” - “Atletiko Baku” / “Ulduz” - “Baku Fire-2”

3. “STAR kargo” - “Şuşa” / “Neftçi” İK - “Trabzon Azərbaycan”

4. “Xan-Lənkəran” - "Dəstə Ordubad” / “Baku Fire” - “Araz-Naxçıvan”

Yarımfinal

1-ci cütü qalibi – 4-cü cütün qalibi

2-ci cütün qalibi - 3-cü cütün qalibi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!