Modern.az

"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi

"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi

İdman

5 Fevral 2026, 21:18

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib.

Modern.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan cütün ilk oyununda Tovuz kollektivi 1:0 hesablı qələbə qazanıb.

Qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.

Bu raundda sevinən tərəf növbəti mərhələdə "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

Qeyd edək ki, bu raundun əvvəlki matçlarında "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" isə "Zirə" ilə qolsuz bərabərə qalıb. "Şamaxı" isə evdə "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!