Modern.az

Lamin Yamal sosial şəbəkələrdən uzaqlaşır

Lamin Yamal sosial şəbəkələrdən uzaqlaşır

İdman

5 Fevral 2026, 23:35

“Barselona”nın gənc vingeri Lamin Yamal sosial şəbəkələrdən istifadə tərzini dəyişmək məqsədilə peşəkar dəstək almağa başlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə ispaniyalı jurnalist Xose Alvares “El Chiringuito TV” proqramında açıqlama verib.

Onun sözlərinə görə, futbolçunun ətrafında müəyyən peşəkar dəyişikliklər edilib və yeni mütəxəssislər komandaya cəlb olunub.

Alvares bildirib ki, bu dəyişikliklər Yamala müxtəlif sahələrdə, xüsusilə də sosial şəbəkələrə yanaşmada kömək edib. Artıq futbolçu daha az paylaşım edir və paylaşımlar əsasən futbol və “Barselona” ilə bağlı olur.

“Onlar Laminə sosial şəbəkələrin mahiyyətini daha yaxşı anlamağa kömək ediblər. O, diqqətini tam şəkildə futbola yönəldib və sosial mediadan müəyyən qədər uzaqlaşıb”, – deyə jurnalist qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!