Modern.az

“Mançester Siti”dən əzmkar qələbə

“Mançester Siti”dən əzmkar qələbə

İdman

9 Fevral 2026, 00:20

Futbol üzrə İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

 

Günün ilk matçında "Kristal Pelas" səfərdə "Brayton"u 1:0 hesabı ilə məğlub edib.

 

Turun bağlanış oyununda isə "Liverpul" öz meydanında "Mançester Siti"yə uduzub - 1:2. Görüşdə hesabı Dominik Soboslainin vurduğu qolla Mersisayd təmsilçisi açsa da, qonaqlar geridönüş edə biliblər. Əvvəlcə Bernardu Silva, ardınca isə Erlinq Holann fərqlənərək, yekun hesabı müəyyənləşdiriblər.

 

Bu nəticədən sonra xallarını 50-yə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. "Liverpul" isə 39 xalla 6-cıdır. Turnir cədvəlinə 56 xalla "Arsenal" başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?