Modern.az

İki komandaya texniki məğlubiyyət verildi

İki komandaya texniki məğlubiyyət verildi

İdman

11 Fevral 2026, 14:22

AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Modern.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK – "Mərcanlı" qarşılaşması birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" – "Lion" PFK oyununda isə qonaq kollektiv təyin edilən vaxtda meydanda olmadığına görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakını müharibə ilə hədələdi