Modern.az

"Qarabağ" - "Nyukasl" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Nyukasl" matçının biletləri satışa çıxarılır

İdman

11 Fevral 2026, 12:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq.

Modern.az xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. 

Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür: "Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ