AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb.
Bu barədə Modern.az-a qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Fevralın 8-də AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" – "Araz Bakı UFK" görüşü başa çatdıqdan sonra qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir edib.
Bu hərəkətinə görə onun növbəti 5 oyuna buraxılmaması barədə qərar qəbul olunub.