Modern.az

Nəriman Axundzadə "Qarabağ"la sağollaşdı - FOTO

Nəriman Axundzadə "Qarabağ"la sağollaşdı - FOTO

İdman

11 Fevral 2026, 14:55

Nəriman Axundzadə "Qarabağ" klubu ilə vidalaşıb.

Modern.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Nəriman paylaşımında - "çox sağ ol, böyük "Qarabağ" ailəsi", - yazıb.

Xatırladaq ki, Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunub. Onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb. MLS təmsilçisi 22 yaşlı hücumçu üçün 2.5 milyon avro vəsait ödəyib.

 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi