"Real Madrid" futbol klubu Avropa Superliqası layihəsindən çıxacağını açıqlayıb.
Modern.az xəbər verir ki, klubun yaydığı bəyanatda UEFA və Avropa Klublar Assosiasiyası (ECA) ilə prinsipial razılıq əldə edildiyi və qərarın Avropa klub futbolunun rifahı üçün verildiyi bildirilib.
"Real Madrid" bu layihədə qalan sonuncu klub idi və beləliklə, Avropa Superliqası layihəsi fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Avropa Superliqası layihəsi ilk dəfə 2021-ci ildə elan olunmuş və FIFA, UEFA və milli futbol assosiasiyaları tərəfindən tənqid edilmişdi. Bir neçə gün əvvəl isə "Barselona" da layihədən çıxmışdı.