Modern.az

"Sumqayıt"dan yeni transfer

"Sumqayıt"dan yeni transfer

İdman

12 Fevral 2026, 15:30

“Sumqayıt” mövsümün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

Klubdan Modern.az verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Slovakiyanın “Spartak” (Trnava) klubunda çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. Burkina Faso millisinin 28 yaşlı üzvü ilə 1,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak”la yanaşı, vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?