Modern.az

Messi zədələndi

Messi zədələndi

İdman

12 Fevral 2026, 10:00

ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi zədələnib.

Modern.az klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı hücumçu Ekvadorun “Barselona” kollektivi ilə yoldaşlıq matçında bud əzələsindən xəsarət alıb. 39 yaşlı forvarda əzələ dartılması diaqnozu qoyulub.

Ulduz futbolçunun məşqlərə başlayacağı tarix hələlik bəlli deyil. Hər şey bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin iyun ayından “İnter Mayami”də çıxış edir.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ