Modern.az

Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı

Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı

İdman

14 Fevral 2026, 19:25

Misli Premyer Liqasının XX turunda "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazanıb.

Modern.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 20-ci dəqiqədə Davit Volkov rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bakı klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu - 12-ci yerdədir.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. XX tura fevralın 16-da yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?