Modern.az

"Real"dan növbəti REKORD

"Real"dan növbəti REKORD

İdman

15 Fevral 2026, 12:53

"Real" klubu İspaniya La Liqasında yeni rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, Madrid təmsilçisi buna XXIV turda "Real Sosyedad"ı məğlub etdikləri (4:2) oyunda nail olub.

 

"Kral klubu" qollardan ikisini penaltidən vurub.

 

Komanda cari mövsüm turnirdə 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Bu isə ölkə çempionatında yeni rekorddur.

 

Daha əvvəl "Barselona" futbolçuları 1950/1951 və 2015/2016 mövsümlərində 12 penalti vurublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?