Modern.az

"Formula 1": Azərbaycan Qran-Prisi üçün hazırlıqlar başladı

"Formula 1": Azərbaycan Qran-Prisi üçün hazırlıqlar başladı

İdman

Bu gün, 12:32

Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisə başlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BCC) Modern.az-a verilən xəbərə görə, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət Evinin qarşısında quraşdırılır.

BCC piyadaların və sürücülərin diqqətli olmalarını xahiş edir və şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 24–26 sentyabr tarixlərində baş tutacaq. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İrandakı müharibəyə qoşulur?