Modern.az

Kamilo Duran Kolumbiya millisinə çağırıldı

Kamilo Duran Kolumbiya millisinə çağırıldı

İdman

Bu gün, 18:26

“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.

Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada