Modern.az

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

İdman

11 Mart 2026, 23:50

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

 

Modern.az xəbər verir ki, 92 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşla qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.

 

Bununla da Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb.

 

Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV