Modern.az

"Arsenal" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu  

"Arsenal" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu  

İdman

Bu gün, 00:22

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu Almaniyada "Bayer"in qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

İlk hissədə qapılara qol vurulmayıb. İkinci yarının əvvəlində - 46-cı dəqiqədə Robert Andrix fərqlənib. London təmsilçisi məğlubiyyətdən matçın sonlarına yaxın xilas ola bilib. Təyin olunan penaltini 89-cu dəqiqədə Kay Haverts dəqiq yerinə yetirib.

 

Komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV